MÜƏMMA: Qurban Qurbanov indi nə fikirləşir? - VİDEO

8 Sentyabr 2022 20:00 Araşdırma 949
MÜƏMMA:  Qurban Qurbanov indi nə fikirləşir? - VİDEO

"Qarabağ" bu gün saat 23:00-da Avropa Liqasının G qrupunun ilk turu çərçivəsində Almaniyada “Frayburq”un qonağıdır..

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov komandamızı Frayburqda gözləyən sürprizlə bağlı vacib şərh verib.

Tanınmış aparıcı-ekspert Ağdam təmsilçisinin oyun planı barədə fikirlərini diqqətə çatdırıb:

“Qurban Qurbanov nə düşünür? Qara Qarayevlə Marko Yankoviç bir-birilərini çox yaxşı idarə etməlidir.

Meydanda dağıdıcı funksiyanı yerinə yetirən Qara qazandığı topu tez bir zamanda Ozobiç və ya Yankoviçə çatdırmalıdır. Yankoviç üçüncü zonada həm Kadi, həm də Zubir üçün əlavə üstünlüklər qazandırır.

Belə ki, top rəqibdə olarkən, birinci və ya ikinci zonada bu oyunçuların üzərlərinə yük çox da düşmür.

Ağdam təmsilçisi rəqibin tempini aşağı salmaq üçün daha çox qısa ötürmələrə üstünlük verməlidir.

Daha yüksək fiziki hazırlığın tələb olunduğu oyun planı fonunda rəqibə boş zona yaratmamağa çalışılmalıdır.

Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstünlük əldə edə bilər.

İbrahima Vadjinin komandanı tərk etməsindən sonra Qurban Qurbanov bu boşluğu necə dolduracaq? Bax, bu, mənim özümə də çox maraqlıdır”.

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti