"Qarabağ"a görə olacaq - Avropa Liqasında ən uzun səfər

8 Sentyabr 2022 00:30 Araşdırma 577
"Qarabağ"a görə olacaq - Avropa Liqasında ən uzun səfər

Avropa Liqasının qrup mərhələsində bir-biri ilə oyunlar üçün ən çox məsafə qət edəcək 2 komandanın adı müəyyənləşib.

Sportinfo.az "The Sweeper"ə istinadən xəbər verir ki, bunlar "Qarabağ" və Fransa "Nant"ıdır.

Nant hava limanından Heydər Əliyev Beynəlxalq Aeroportunadək olan məsafə 4 118 km-dir.

Bunun üçün 7 saatdan artıq uçuş tələb olunur. Avropa Liqasının qruplarındakı digər komandaların heç biri öz aralarındakı oyunlara bu qədər uzunluqda yol qət etməyəcək.

"Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti