O, Şahin Diniyev qədər də olmadı… "Siz necə istəyirsiz, elə də edərik"

6 Sentyabr 2022 14:40 Araşdırma 2 602
O, Şahin Diniyev qədər də olmadı… "Siz necə istəyirsiz, elə də edərik"

«Kəpəz» 2 gün öncə yeni baş məşqçisi ilə müqavilə imzaladı.

Yaşar Vahabzadədən boşalan sükan Tərlan Əhmədova tapşırıldı.

O, Premyer Liqanın ilk 5 turunda məğlub olan Gəncə təmsilçisi ilə birillik «nigah» bağladı. Əhmədov bu anlaşmanın qarşılığında hər ay 6000 manat əməkhaqqı alacaq.

Sonuncu dəfə 2 il öncə «Şamaxı»nı çalışdırmış məşqçi vəzifəyə gəlmək üçün klub rəhbərliyinin bütün şərtlərini qəbul edib. Şahin Diniyevdən fərqli olaraq, heç bir tələb irəli sürməyib.

Məsələn, Diniyev Vahabzadənin korpusu ilə yola davam etməyəcəyini bildirib, inzibatçıdan tutmuş həkimə kimi texniki heyəti özünün müəyyənləşdirəcəyini söyləyib.

Həmçinin transfer siyasətinə nəzarəti öz əlində cəmləşdirəcəyinə, xidmətinə ehtiyac duymadığı yerli və əcnəbi futbolçuları düşərgədən uzaqlaşdıracağına dair xəbərdarlıq edib.

Tərəflər arasında danışıqların rəsmiləşməməsində bu amillərin rolu olub. Tərlan Əhmədov isə İdarə Heyətinin sədri İlqar Nadiri ilə söhbətində «siz necə istəyirsiz, elə də edərik» deyib.

İş xatirinə hər cür güzəştə gelən çalışdırıcı Novruz Əzimovu da pis vəziyyətdə qoyub. Bilməyənlərin diqqətinə çatdırırıq ki, Əhmədovun «Kəpəz»ə gəlişində Əzimov da mühüm rol oynayıb.

Axı bu cütlük vaxtilə «Neftçi»də çiyin-çiyinə çalışıb. Novruz bəy onun xahişini Mehman Allahverdiyevdən edib, idman direktoruna minnətçi düşüb ki, bu təyinatın gerçəkləşməsinə vasitəçi olsun.

Hazırda «Turan Tovuz»un Müşahidə Şurasında adı gedən Əzimov məşqçilik həyatına dönməyə hazır olsa da, Əhmədov yaxın dostunu «Kəpəz»ə gətirməyi «unudub».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti