Tərlan Əhmədovun "Kəpəz"də yaşadığı qalmaqalın İLGİNC TƏFƏRRÜATI

6 Sentyabr 2022 09:20 Araşdırma 4 323
Tərlan Əhmədovun "Kəpəz"də yaşadığı qalmaqalın İLGİNC TƏFƏRRÜATI

Dünən xəbər verdiyimiz kimi, Tərlan Əhmədovun "Kəpəz"dəki ilk məşqi qalmaqalla yadda qalıb.

Belə ki, Rauf Əliyevlə mübahisə edən çalışdırıcı onu məşqdən qovub.

Artıq başverənlərin təfərrüatı da bizə məlumdur.

Hadisə komandanın səhər məşqində yaşanıb.

Əhmədovun tapşırıqlarını yerinə yetirərkən Abdullahi Şuaybu müəyyən qüsurlara yol verib. Bu, Rauf Əliyevin xoşuna gəlməyib və o, nigeriyalı oyunçuya bir qədər sərt formada etirazın bildirib.

Bunu görən Əhmədov Əliyevə qəzəblənib. Forvarda "Burda bir baş məşqçi var. O da mənəm" deyə xatırlatma edib.

Söhbətin davamında mübahisə böyüyüncə mütəxəssis təcrübəli oyunçuya "sumkanı yığ, rədd ol" deyərək, məşqdən qovub.

Qərb təmsilçisi günün ikinci yarısında ikinci məşqinə çıxanda isə artıq Rauf Əliyev düşərgədə olmayıb.

Baş məşqçi onunla dil tapa bilməsə, böyük ehtimal Azərbaycan millisinin sabiq üzvü komandadan ayrılacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti