«Premyer Liqaya yeni qayıtmışıq və ilk həftələrdəki çıxışımızı qənaətbəxş sayıram».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev deyib.
9 ildən sonra elitaya dönən qərb klubu 3 tura 4 xal taplayıb. Startda «Qəbələ»yə 0:2 hesabıyla uduzan əyalət təmsilçisi «Səbail»ə səfərdə 1:0 qalib gəlib, «Sumqayıt»la 0:0 edib.
«Turan»ın bir nömrəli funksioneri komandanın meydana çıxdığı hər 3 matçda əzmkarlıq göstərdiyini bildirib:
«Fikrimizi əvvəlcədən demişik – düzgün təməl qoyub, gələcəyin komandasını qurmaq istəyirik. İşimiz bu yöndə gedir.
Şükür Allaha, heç bir çətinliyimiz yoxdur.
Təbii ki, hərdən xırda problemlər qarışımza çıxır. Onları da biz qabartmırıq, çalışırıq ki, üzərində işləyək, aradan qaldıraq.
O xırda problemlər hər yerdə var, öhdəsindən gəlirik. Məşqçi korpusuna və futbolçulara inanırıq, rəhbərlik olaraq onların arxasındayıq».

