"Azərbaycan vətəndaşl olmaq istəyən Qarabağ erməniləri siyahıya alınmalıdır”

3 Sentyabr 2022 12:30 Araşdırma 608
"Azərbaycan vətəndaşl olmaq istəyən Qarabağ erməniləri siyahıya alınmalıdır”

“Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar”.

Bunu rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko feysbuk hesabında yazıb.

“Ortaya belə bir sual çıxır- siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”, - deyə İ.Korotçenko vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti