Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Filip Ozobiç qol sayını 9-a çatdırıb.
Milliləşən legioner bununla da 2-ci yerə şərik olub. O, komanda yoldaşları Abdullah Zubir və Kadi Borqesə şərik çıxıb.
Bu “üçlük” liderdən iki top geri qalır. Rekord isə Reynaldoya məxsusdur.
Yalnız 8 futbolçu 8 və ya daha çox qol vura bilib.
1. Reynaldo Silva - 11
2-4. Abdullah Zubir - 9
Filip Ozobiç - 9
Kadi Borqes - 9
5-8. Dani Kintana - 8
Emin Mahmudov - 8
Rəşad Sadiqov - 8
Riçard Almeyda - 8

