"ASCO Arena”da quraşdırılmış süni ot örtüyü FİFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA tərəfindən verilmiş keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Adıçəkilən stadionda "Səbail" ev oyunlarını keçirir.
Daha əvvəl Şamaxı şəhər stadionu da eyni sertifikatı alıb.

