AFFA Premyer Liqa klublarından bu yolla cərimə toplayır

26 Avqust 2022 16:20 Araşdırma 1 142
AFFA Premyer Liqa klublarından bu yolla cərimə toplayır

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının II və III turlarında baş vermiş hüquq pozuntuları ilə əlaqədar bəzi qərarlar qəbul olunub.

II turun “Qarabağ”la ev oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt”a 800 manat cərimə kəsilib.

Turun “Səbail” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğu üçün ev sahibi klub 1600 manat ziyana düşüb.

III turun “Neftçi” ilə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Sabah" 800 manat cərimələnib. Bu klub həm də meydana kənar şəxslərin daxil olması səbəbindən 1600 manat ödəməli olacaq.

Bu cərimə “Sumqayıt”la və "Qəbələ" ilə qarşılaşmalarda eyni hal baş verdiyi üçün müvafiq olaraq, "Zirə" və “Kəpəz"ə də kəsilib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqova isə hakimlərin işinə nümayişkaranə müdaxilə etdiyi üçün xəbərdarlıq olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti