Bakının Qarabağda yeni yola “dəhliz” statusu üçün şərtləri...

24 Avqust 2022 17:30 Araşdırma 1 089
Bakının Qarabağda yeni yola “dəhliz” statusu üçün şərtləri...

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür: gözləntilərə görə, sabahdan – 25 avqustdan sülhməramlılar yeni yola keçməli, Laçın şəhəri, Zabux və Sus kəndləri və artıq keçmiş sayılacaq dəhliz üzərindəki ərazilər Azərbaycana təhvil verilməlidir.

Əsas məsələ yeni yola “dəhliz” statusunun verilib-verilməməsidir.

Bakının “dəhliz” statusu ilə bağlı razılaşmadığına dair məlumatlar var.

Erməni mediası yazır ki, Azərbaycan tərəfi yeni yola “dəhliz” statusunun verilməsi məsələsindən öncə razılaşmanın 4-cü bəndinin – erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun “dəhliz” statusu müzakirə edilə bilər.

Asif Nərimanlı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti