Bugünkü oyundan sonra “Qarabağ”ın bütün...

23 Avqust 2022 17:30 Araşdırma 1 662
Bugünkü oyundan sonra “Qarabağ”ın bütün...

“Qarabağ” Avropa kuboklarında mübarizəni davam etdirir.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün qitənin birnömrəli klub turniri sayılan Çempionlar Liqasında təkrar pley-off matçına çıxacaq.

Çexiyada yerli “Viktoriya”ya qarşı təkrar görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda “Qarabağ” düşərgəsində cəza limitinə yaxın olan futbolçularla bağlı durum da maraq doğurur.

Məlumdur ki, buna qədər yalnız Kadi Borges və Riçard Almeyda təsnifat mərhələlərində 3 sarı vərəqə aldıqları üçün “Ferentsvaroş”la (Macarıstan) Bakıdakı matçı buraxmışdılar. İndi onların “vərəqəsi” yoxdur.

Qol.az xəbər verir ki, hazırda “Qarabağ”da 12 nəfərin vərəqəsi var. İbrahima Vadji, Abdullah Zubir, Kevin Medina, Bəhlul Mustafazadə, Maksim Medvedyev, Elvin Cəfərquliyev, Şahruddin Məhəmmədov 1 dəfə cəzalanıblar. Ən çox sarı vərəqəsi olanlar isə Marko Veşoviç, Marko Yankoviç, Ramil Şeydayev, Toral Bayramov və Leandro Andradedir. Onlar təsnifat mərhələlərində 2 sarı vərəqə alıblar. Buna baxmayaraq, 2 “sarı”sı olan futbolçulardan hansısa biri yenə sarı vərəqə alarsa, təsnifat mərhələlərindən fərqli olaraq, qrup oyunları üçün cəzalı duruma düşməyəcəklər.

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsasnaməsinə görə, təsnifat mərhələsinin “pley-off”u başa çatandan sonra bu raundlarda alınmış bütün sarı vərəqələr ləğv olunur. Bu o deməkdir ki, “Qarabağ” “Viktroriya”ya qalib gəlib Çempionlar Liqasına, yaxud pis halda məğlub olub Avropa Liqasının qrupuna düşərsə, bütün sarı vərəqələr qüvvədən düşəcək. Yalnız qrup mərhələsi başlayana kimi qırmızı vərəqə aldığı üçün cəzası qüvvədə olan oyunçu tətbiq edilən qərara müvaqif olaraq qrup matçını buraxmalı olur. İndiki halda isə “Qarabağ”da “qırmızı”sı olan oyunçu yoxdur.

Əlavə edək ki, təsnifat mərhələlərində olduğu kimi, qrupda da 3 fərqli oyunda sarı vərəqə aldıqda futbolçu bir oyunu buraxmalı olur (qol.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti