“Klub üçün əlimizdən gələni edirik, ciddi maliyyə çətinliyimiz yoxdur”

23 Avqust 2022 14:00 Araşdırma 1 068
“Klub üçün əlimizdən gələni edirik, ciddi maliyyə çətinliyimiz yoxdur”

“Klubumuz bügünə kimi icra başçısından çox kömək görüb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un idman direktoru Nadir Nəbiyev deyib.

9 ildən sonra Premyer Liqaya qayıtdıqlarını xatırladan müsahib bəzi təşkilati problemlərlə üzləşdiklərini və bunların zamanla həll olunacağını söyləyib:

“Məmməd Məmmədov hər gün “Turan”la yaxından maraqlanır. Elə bir məsələ olmayıb ki, başçıya deyək, həll eləməsin.

Şəxsi pulunu kluba görə xərcləyib. Bəzən mətbuatda yazılar gedir ki, filan idarənin rəisi klubun işinə əngəl yaradır.

Nəsə anlaşılmazlıq yarana bilər, amma bu, o demək deyil ki, “Turan”ın ətrafında ciddi hadisələr baş verir. Hər şey qaydasındadır.

Premyer Liqada oynamağın tələbləri Diviziondan çox fərqlənir, birdən-birə bütün şərtləri yerinə yetirmək çətindir. Təşkilati məsələlər tədricən həll olunacaq.

Məşqçilər və futbolçular da görür ki, biz əlimizdən gələni edirik. Ciddi maliyyə çətinliyimiz yoxdur.

Komanda 1 ay qabaq Gürcüstan toplanışına gedəndə futbolçulara müəyyən qədər pul verdik ki, bir sıxıntıları olmasın.

Klubun rəhbərliyində vəzifə bölgüsü aparılır ki, kim konkret olaraq hansı sahəyə cavabdehlik daşıyacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti