2022/2023 mövsümündə indiyədək ən çox qol vuran seneqallı futbolçuların siyahısı açıqlanıb.
Sportinfo.az xəbər verir ki,"10-luq"da "Qarabağ"ın legioneri İbrahima Vadji də yer alıb.

27 yaşlı hücumçu meydana çıxdığı 7 qarşılaşmada 4 qol vurub. Vadji "Bavariya"dan Sadio Mane və Çinin "Şanxay Port" komandasından Şerif Ndiaye ilə birlikdə 2 - 4-cü yerləri bölüşdürür.
İbrahima Vadji 2021-ci ilin avqustundan "Qarabağ"da forma geyinir.

