CAR yığmasının müdafiəçisi Azərbaycan klubundan bu qədər maaş alacaq

22 Avqust 2022 15:00 Araşdırma 2 778
CAR yığmasının müdafiəçisi Azərbaycan klubundan bu qədər maaş alacaq

"Turan Tovuz"un heyətinə qatdığı sonuncu legionerə nə qədər vəsait ödədiyi məlum olub.

Cənubi Afrika Respublikasından olan Siyanda Xuluya hər ay Tovuz təmsilçisindən 4500 dollar alacaq.

1 illik müqavilə imzalayan 31 yaşlı afrikalı müdafiəçi peşəkar karyerasına ölkəsinin "Mamelodi Sandaunz" klubunda başlayıb.

"Kayzer Çifs", "Maritzburq Yunayted", Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsraildə “Hapoel”in (Tel Əviv) şərəfini qoruyub.

Siyanda Xulu əsas millidə 16 oyuna çıxıb və 1 qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti