Premyer Liqada ən çox bəyəndiyi 2 gəlmə futbolçunun adını dedi

4 Dekabr 2021 16:40 Araşdırma 686
Premyer Liqada ən çox bəyəndiyi 2 gəlmə futbolçunun adını dedi

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan millinin keçmiş hücumçusu Vüqar Nadirov hazırda Premyer Liqada çıxış edən legionerlər arasında ən çox bəyəndiyi legionerlərin adını çəkib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə danışan MFL-in direktoru sabiq komandası “Qarabağ”dan Patrik Andrade ilə Filip Ozobiçi fərqləndirib:

“Andrade universalvə dəyərli oyunçudur. Həm müdafiə, həm də hücum planında komandaya çox xeyir verir. Ozobiçi isə mən Çimbinyoyaya bənzədirəm.

Düzdür, onlar fərqli xarakterə malikdir, ancaq futbolçu keyfiyyətləri oxşardır.

Təkbətək epizodlarda, qapıya zərbə vurmaq məxuliyyətini üzərinə götürməkdə, topla rəftarda və.s. İstəyərdim ki, belə futbolçular Azərbaycanda çox olsun”.

Digər Xəbərlər
Xəbər Lenti