Peyvənd günün hansı hissəsində vurulmalıdır? - Alimlərin araşdırması

23 Oktyabr 2021 19:10 Araşdırma 690
Peyvənd günün hansı hissəsində vurulmalıdır? - Alimlərin araşdırması

Almaniya və İsveçrə alimləri laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan təcrübələrdən istifadə edərək müəyyən ediblər ki, insanlarda immun sisteminin aktivliyi səhər saatlarında daha yüksək olur ki, bu da peyvənd zamanı nəzərə alınmalıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Neuroscience News” saytında məlumat verilib.

Tədqiqat zamanı Cenevrə Universitetinin və Lüdviq-Maksimilian Universitetinin mütəxəssisləri antigenləri aktiv şəkildə tanıyan dendritik hüceyrələri - nəticədə limfa düyünlərinə miqrasiya edən və antikorların əmələ gəlməsinə kömək edən xüsusi patogen fraqmentləri izləyiblər.

İmmunoloqlar belə nəticəyə gəliblər ki, dendritik hüceyrələr ən aktiv şəkildə bədənin istirahət mərhələsinin sonunda, fəaliyyətini bərpa etməzdən əvvəl hərəkət edirlər. Siçanlarda bu, günorta, insanlarda isə səhər tezdən baş verir.

Nəşr qeyd edir ki, alimlərin fikrincə, peyvənd və şiş əleyhinə immunoterapiya zamanı günün vaxtı mütləq nəzərə alınmalıdır. Bu, prosedurların effektivliyinə müsbət təsir göstərə bilər.

Digər Xəbərlər
Xəbər Lenti