Yayda heç kimə lazım deyildi, indi hamı arxasınca düşüb

18 Oktyabr 2021 20:00 Araşdırma 1 412
Yayda heç kimə lazım deyildi, indi hamı arxasınca düşüb

Ötən mövsüm başa çatan kimi "Qəbələ" ilkin siyahı olaraq 10 futbolçu ilə yolları ayırdığını rəsmi olaraq açıqladı.

Bu siyahdı təcrübəli yerlilər, əcnəbi oyunçularla bərabər, akademiyanın yetişdirdiyi gənclər də vardı.

Onlardan biri 22 yaşlı hücumçu Ülvi isgəndərov idi.

Amma yeni mövsümün başlamasına az qalmış "Qəbələ" rəhbərliyi yeni qərar - Ülvinin komandaya qayıtmasına razılıq verdi. Bu, təbii ki, malliyyə vəziyyətindən irəli gələn məcburi qərara daha çox oxşayırdı.

Heç futbol ictimaiyyəti də bölgə klubunun Ülvi İsgəndərovla ciddi nəyəsə nail olacağına inanmırdı. Amma...

İlk turda "Neftçi" ilə matçın 60-cı dəqiqəsində əvəzləmədən meydana çıxan forvard cəmi 24 dəqiqə sonra fərqlənməyi bacardı. Vurulan qol çətin səfərdən bərabərliklə (2-2) qayıtmağın təminatçısı oldu. Buna Ülvinin "haqqımda qərar verməyə tələsməyin" ismarıcı da deyə bilərik.

Ülvi bu qolla dayansa, adına təsadüf qoya bilərdik. Ancaq 23 yaşlı hücumçu növbəti 6 turda daha 3 qol da vurmağı bacardı.

Ən maraqlı fakt isə odur ki, o, bütün qollarını əvəzetmədən oyuna daxil olaraq vurub.

Ötən yaya kimi "Qəbələ"nin heyətində 36 Premyer Liqa matçında cəmi 4 qol vuran hücumçu indi bunu cəmi 7 turda etməyi bacarıb.

O, bu göstəricidə yalnız David Volkovdan geri qalır. Təbii ki, belə çıxış milli komandanın çalışdırıcısı Canni De Byazinin də diqqətindən kənarda qalmadı. Milli komandanın son toplanışlarına İsgəndərovun dəvət almasını bunun əyani göstəricisidir. Bundan möhtəşəm performans?

İndi qalır belə çıxışı davam etdirmək və stabilliyi qorumaq. Yayda "Qəbələ"dən dəvət almasa, böyük ehtimal Ülvi digər klublarımıza da lazım olmayacaqdı. Hər halda lazım olsaydı, "Qəbələ"nin ikinci dəvətinə kimi bu addım atılardı.

Məncə, elə bu məqam Ülvinin daha əzimkar çalışması, mübarizə aparması, daha yüksək səviyyədə çıxış etməsi üçün yetərl olmalıdır!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti