DÇ-2022-nin ən bərbad 6 komandasından biri - BİZİMKİLƏR

12 Oktyabr 2021 21:30 Araşdırma 460
DÇ-2022-nin ən bərbad 6 komandasından biri - BİZİMKİLƏR

Azərbaycan DÇ-2022-nin seçmə mərhələsində ən bərbad nəticə göstərən 6 komandadan biridir.

Sportinfo.az xəbər verir ki, 6 turdan sonra millimizin ehtiyatında cəmi 1 xal var.

Seçmə mərhələnin Avropa zonasının 10 qrupunda ümumilikdə 55 komanda yarışır. 55 komandadan 49-u Azərbaycandan daha artıq xal toplayıb.

Onların arasında Farer adaları (4 xal), Malta (4), Andorra (3) kimi cırtdan ölkələr də var.

Canni de Byazinin komandası ilə yanaşı 6 və 7 turdan sonra cəmi 1 xal toplayan daha 3 komanda var. Bunlar Gürcüstan, Moldova və Lixtenşteyndir. 2 komanda – Cəbəllütariq və San-Marinonun isə ümumiyyətlə, xalı yoxdur.

Millimiz 6 oyuna 1 xal toplamaqla yanaşı, 3 qol vurub və 12 qol buraxıb. Beləliklə, ümumi göstəriciyə əsasən, komandamız hazırda 55 milli arasında 50-cu yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"