Federasiya bir namizədlə danışıq aparır – Milli üçün

5 Avqust 2021 15:20 Araşdırma 950
Federasiya bir namizədlə danışıq aparır – Milli üçün

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunun baş məşqçisi Sergey Rebrov Ukrayna yığmasını çalışdırmağa əsas namizəddir.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl yayılan məlumatda Andrey Şevçenkonun yerinə 3 namizədin olduğu bildirilirdi.

Amma Ukrayna Futbol Federasiyası hələ ki, bir namizədlə - Sergey Rebrovla danışıq aparır.

Onunla danışıqların nəticəsinin bu gün bəlli olacağı bildirilir. Rebrovun “Əl-Əyn”lə bağladığı müqavilədə göstərilir ki, əgər Ukrayna yığmasından təklif gələrsə, mütəxəssis kompensasiya ödəmədən ayrıla bilər.

Əgər Rebrovla razılıq əldə edilməsə, digər namizədlərlə danışıqlar başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti