Klublarını pulsuz dəyişən ən dəyərli 10 futbolçu - ARAŞDIRMA

25 İyul 2021 23:00 Araşdırma 710
Klublarını pulsuz dəyişən ən dəyərli 10 futbolçu - ARAŞDIRMA

1995-ci ilə qədər futbolçular müqavilələri bitsə də, bitməsə də, klublarına məxsus idilər.

Həmin il Jan-Mark Bosman adlı futbolçu klubunda şans qazanmasa da, müqaviləsi bitməsinə baxmayaraq, yüksək transfer məbləği tələbi səbəbindən başqa komandaya keçə bilməyib.

Həmin vaxt oyunçu haqqını tələb etmək üçün məhkəməyə müraciət edib.

Məhz ondan sonra "Bosman qanunu" yaranıb, futbolçular sözləşmələri bitdikdən sonra azad agent statusu alıblar.

Sportinfo.az xəbər verir ki, indiyə qədər yüzlərlə futbolçu bir klubdan digərinə havayı keçib. Onların içində transfer dəyəri yüksək olan ulduzlar da olub.

Bu yazıda məhz transfer dəyəri yüksək olduğu vaxt klubunu havayı tərk edən oyunçuları sıralayacağıq (apasport.az).

1. Canluici Donnarumma (2021)
Transfer olunduğu zaman dəyəri: 60 milyon avro
Transfer olunduğu klublar: “Milan”dan PSJ-yə

2. David Alaba (2021)
Transfer olunduğu zaman dəyəri: 55 milyon avro
Transfer olunduğu klublar: “Bavariya”dan “Real”a

3. Robert Levandovski (2014)
Transfer olunduğu zaman dəyəri: 50 milyon avro
Transfer olunduğu klublar: “Borussiya” Dortmunddan “Bavariya”ya

4. Memfis Depay (2021)
Transfer olunduğu zaman dəyəri: 45 milyon avro
Transfer olunduğu klublar: “Lion”dan “Barselona”ya

5. Stefan de Vriy (2018)
Transfer olunduğu zaman dəyəri: 40 milyon avro
Transfer olunduğu klublar: “Latsio”dan “İnter”ə

6. Leon Qoretzka (2018)
Transfer olunduğu zaman dəyəri: 40 milyon avro
Transfer olunduğu klublar: “Şalke”dən “Bavariya”ya

7. Aaron Remsi (2019)
Transfer olunduğu zaman dəyəri: 40 milyon avro
Transfer olunduğu klublar: “Arsenal”dan “Yuventus”a

8. Hakan Çalhanoğlu (2021)
Transfer olunduğu zaman dəyəri: 35 milyon avro
Transfer olunduğu klublar: “Milan”dan “İnter”ə

9. Mixael Ballak (2006)
Transfer olunduğu zaman dəyəri: 35 milyon avro
Transfer olunduğu klublar: “Bavariya”dan “Çelsi”yə

10. Adrien Rabyo (2019)
Transfer olunduğu zaman dəyəri: 35 milyon avro
Transfer olunduğu klublar: PSJ-dən “Yuventus”a

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?