AÇ-2020: Modriç ən yaxşı elan olundu - FOTO

19 İyun 2021 12:10 Araşdırma 485
AÇ-2020: Modriç ən yaxşı elan olundu - FOTO

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Xorvatiya – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının məğlubiyyətdən xilas olmasında və 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Luka Modriç hazırda İspaniyanın “Real” klubunun formasını geyinir. O, Xorvatiya yığmasında ən çox oyun keçirmiş futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk