“Sumqayıt”ın “kəllə atan” legioneri bağışlanmadı

5 May 2021 20:40 Araşdırma 1 266
“Sumqayıt”ın “kəllə atan” legioneri bağışlanmadı

AFFA İntizam Komitəsi "Sumqayıt" və "Qəbələ"ni cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt" futbolçusu Cəmaləddin Xocaniyazovun "Sabah" ilə ev oyununda “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alması səbəbindən 3200 manat cərimələnib.

Müdafiəçinin özü isə 4 oyunluq diskvalifikasiya olunub. Rəqibinə kəllə atan legioner yalnız Azərbaycan Kubokunun finalında "Keşlə" ilə qarşılaşmada meydana çıxa biləcək.

“Sumqayıt” daha 800 manat cəriməni 5 oyunçusu sarı vərəqə aldığı üçün ödəyəcək.

“Qəbələ” isə futbolçusu Merab Giqaurinin "Səbail" komandası ilə səfər oyununda ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılması səbəbindən 200 manat ziyana düşüb. Gürcüstanlı legioner "Zirə" ilə növbəti tur qarşılaşmasını buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti