Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK

25 Yanvar 2021 14:10 Araşdırma 3 375
Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK

Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində yeni tikinti planı qəbul olunub.

Sportinfo.az xəbər verir ki, Xocalı rayonu ərazisində 1995-ci ildə salınmış Ovsepavan kəndində pilot layihənin icraslına başlanılıb.

Belə ki, kənddə 5 sadə konstuksiyalı və tez başa gələn fərdi ev tikiləcək. Həmin evlər ağac materiallarından olacaq.

“Qarabağ mühitinə uyğunlaşdırılmış fin layihəli evlər 80 kvadrat metr sahəni əhatə edəcək, 2 yataq otağı, qonaq otağı, mətbəx və hamamdan ibarət olacaq.

Bundan başqa, həyətyanı sahə min kvadrat metr olacaq”- deyə açıqlamada bildirilir.

Yaxın 3 ildə 7 min fərdi evin inşası planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti