Şahruddin getdi, fikrindən daşındı – "Qarabağ"dan XƏBƏR

9 Sentyabr 2023 11:40 Almaniya 1 530
Şahruddin getdi, fikrindən daşındı – "Qarabağ"dan XƏBƏR

Luka Quqeşaşvili «Qarabağ»dan ayrılmaq fikrindən daşınıb.

Bu barədə Sportinfo.az-a Ağdam klubundan məlumat verilib.

Bildirilib ki, gürcüstanlı qapıçı mövsümün qalan hissəsini də burada keçirəcək. Şahruddin Məhəmmədəliyevin «Adana Demirspor»a keçidi onun qərarına birbaşa təsir göstərib.

Luka bu hadisədən öncə Qurban Qurbanovla görüşərək, icarəyə verilməsini istəyib. Baş məşqçi ilə təkbətək görüşən kiper Andrey Lunyovun gəlişindən sonra əsas heyətə düşəcəyinə ümidinin qalmadığını söyləyib.

Başqa ölkələrdən təkliflər aldığını, davamlı oynamaq istədiyini və Azərbaycanı tərk etmək qərarına gəldiyini vurğulayıb.

“Qarabağ” Lukanı 2020-ci ilin əvvəlində “Yagelloniya”dan icarəyə götürüb. “Köhlən atlılar” 6 ay sonra gürcünü Polşa klubundan birdəfəlik transfer edib və 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti