Azarkeşlər stadionlara qaytarılır - Almaniyada

5 Avqust 2020 01:24 Almaniya 928
Azarkeşlər stadionlara qaytarılır - Almaniyada

Almaniya çempionatında yeni mövsümdən azarkeşlər tribunalara buraxıla bilər.

Sportinfo.az xəbər verir ki, Almaniya Klublar Birliyinin keçirdiyi videokonfransda I və II Bundesliqanın 36 komandası fanatların stadionlara qayıtmasına səs verib.

Klublar Birliyinin qərarına əssasən, ilin sonuna qədər qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq. Oyunların ayaqüstə izlənilməsi və stadionda alkoqollu içkilərin satışına bir müddət icazə verilməyəcək.

Azarkeşlərin stadionlara buraxılıb-buraxılmamasına klubun təmsil olunduğu bölgənin icra orqanı qərar verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!