Millimizin futbolçusu II Bundesliqanın "qapısını bərk çırpdı"

28 İyun 2020 21:40 Almaniya 1 187
Millimizin futbolçusu II Bundesliqanın "qapısını bərk çırpdı"

Almaniya 2-ci Bundesliqasında 34-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” mövsümün son turunda səfərdə "Regensburq"la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Start heyətdə meydana çıxan Nazarov 90-cı dəqiqədə əvəzlənib.

47 xala malik “Ersgebirge” mövsümü 18 kollektiv arasında 7-ci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida