Qol vurdular, öpüşdülər, karantin qaydasını pozdular - FOTOLAR

17 May 2020 00:42 Almaniya 950
Qol vurdular, öpüşdülər, karantin qaydasını pozdular - FOTOLAR

"Herta"nın futbolçuları Almaniya Bundesliqasının 26-cı turunda "Hoffenhaym"la oyunda (3:0) sosial məsafə qaydalarını pozublar.

Sportinfo.az xəbər verir ki, Berlin təmsilçisinin müdafiəçisi ikinci hissədə rəqibin avtoqolundan sonra sevincini bölüşərkən komanda yoldaşı Marko Qruiçi öpüb.

Eləcə də "Herta"nın futbolçuları qol sevincini bölüşərkən qucaqlaşıblar. Bunlar isə karantin qaydalarına ziddir.

Ancaq buna görə "Herta" futbolçuları cəzalanmayacaqlar. Bundesliqanın nümayəndəsi yerli mətbuata açıqlamasında bildirib ki, qolların qeyd olunması ilə bağlı klublata yalnız tövsiyyələr verilib, buna görə cəzalar nəzərdə tutulmayıb.





Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi