Angela Merkel Bundesliqanın aqibətindən nə danışdı?

1 May 09:56 Almaniya 205
Angela Merkel Bundesliqanın aqibətindən  nə danışdı?

Almaniya Bundesliqasında 2019/20 mövsümünün aqibətinə gələn həftə aydınlıq gələcək.

Sportinfo.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel Bundesliqa da daxil olmaqla, ölkədəki bütün idman tədbirlərinin taleyinə mayın 6-da aydınlıq gələcəyini açıqlayıb.

Video-konfrans formatında mətbuat konfransı keçirən ölkə rəhbəri, koronavirus pandemiyasına görə tətbiq olunan qadağaların yumşaldılması barədə danışarkən, idman tədbirlərinə də toxunub.

O, yekun qərarı verərkən səhiyyə işçilərinin tövsiyələrinə uyğun davranacaqlarını bəyan edib. Kanslerin sözlərinə görə, mayın 6-da Almaniya rəhbərliyi yenidən bir araya gələcək.

Məhz həmin gün idman camiəsini yaxından maraqlandıran qərarların da verilməsi gözlənilir. Martın ortasında dayandırılan Almaniya Bundesliqasında mövsümün başa çatmasına 9 tur qalıb.

Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?