Avropanın daha bir klubu maaşları azaltdı

3 Aprel 2020 01:52 Almaniya 687
Avropanın daha bir klubu maaşları azaltdı

Almaniya Bundesliqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar futbolçularının maaşlarını azaltmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, söhbət “Volfsburq”dan gedir.

Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu və məşqçi heyəti məvaciblərinin böyük hissəsindən imtina ediblər. Klub rəhbərliyində çalışanlar da oxşar addımı atıblar.

Bundesliqada daha öncə “Bavariya”, “Borussiya” (Dortmund), “Yunion Berlin”, “Şalke”, “Bayer” və “Leyptsiq” klublarında da futbolçular və məşqçilər maaşlarının azaldılmasına razılıq vermişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"