"Fanatlardan üzr istəməliyik, çox utandırıcıdır" - KAPİTAN

23 Noyabr 2019 13:27 Almaniya 405
"Fanatlardan üzr istəməliyik, çox utandırıcıdır" - KAPİTAN

"Borussiya"nın hücumçusu Marko Roys Bundesliqanın 12-ci turu çərçivəsində "Paderborn"a (3:3) qarşı keçirilən görüş haqda danışıb. Sportinfo.az xəbər verir ki, dortmundluların kapitanı nəticəyə görə azarkeşlərdən üzr istəməli olduqlarını bildirib.

"Çox utandırıcıdır. Fanatlardan üzr istəməliyik. İkinci yarıda vəziyyəti dəyişməliydik. Bunun üçün bütün resurslarımızı ortaya qoymalıydıq. Qol vurmağım mənə maraqlı deyil. Ümumiyyətlə, ilk yarıda nə baş verdi? Həm hücumda, həm də müdafiədə diqqətli olmalıyıq".

"Borussiya" Bundesliqanın 12-ci turunda "Paderborn"la görüşdə fasiləni 0:3 hesablı məğlubiyyətlə başa vursa da, ikinci yarıda üç qol vuraraq məğlubiyyətdən qaça bilib.

Xəbər Lenti
18 Yanvar 23:43 Bordin "Neftçi"dən getdi?
18 Yanvar 20:15 "Səbail" yenə uduzdu
18 Yanvar 18:00 Ayın ən yaxşısı
18 Yanvar 17:01 Xavi ilk tutulunu qazandı