COP29

Aşağı liqa klubuna qadın baş məşqçi təyin edildi – Bu ölkədə

3 May 12:00 Almaniya 754
Aşağı liqa klubuna qadın baş məşqçi təyin edildi – Bu ölkədə

Almaniya üçüncü divizionunda mübarizə aparan “İnqolştadt”da maraqlı təyinat gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

32 yaşlı qadın mütəxəssis Sabrina Vittmann komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə təyin olunub.

Əvvəllər Vittmann gənclərdən ibarət komandalara rəhbərlik edib. Bundan əlavə, o, “İnqolştadt”da futbolun inkişafı şöbəsinin rəhbərliyinə cəlb olunub.

“İnqolştadt” Almaniya üçüncü divizionunda 35 turdan sonra 49 xal toplayıb və 11-ci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"