Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olmağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Almaniya Futbol Assosiasiyasının təklifini qəbul edib.
Tərəflər uzunmüddətli müqavilə ilə bağlı razılıq əldə ediblər.
Lakin Almaniya Futbol Assosiasiyası hələ də Kloppun “Red Bull”dan ayrılması üçün ödəniləcək kompensasiyanı razılaşdırmayıb. Buna baxmayaraq, onun yaxın vaxtlarda Almaniya millisinin baş məşqçisi təyin ediləcəyi gözlənilir.
Klopp bu vəzifədə 2026-cı il dünya çempionatındakı uğursuz çıxışdan sonra istefa verən Yulian Naqelsmannı əvəz edəcək.

