“Əziyyətimin məni hara apardığını görmək çox xoşdur, oynamaq üçün hələ 10 gözəl ilim var”

1 Oktyabr 2024 00:00 Almaniya 897
“Əziyyətimin məni hara apardığını görmək çox xoşdur, oynamaq üçün hələ 10 gözəl ilim var”

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix karyerası ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az “BR 24”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu hələ hər şeyin bitmədiyinə ümid etdiyini bildirib:

“Xəyallarımda hələ karyeramın ortasındayam, ona görə də qarşıda futbol oynamaq üçün hələ 10 gözəl ilim var (gülür).

Əziyyətimin məni hara apardığını görmək çox xoşdur. Ümid edirəm ki, hər şey bitməyib”.

29 yaşlı yarımmüdafiəçinin “Bayern”lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Kimmix yayda Münhen klubunu tərk etməyi düşünsə də, sonda qalmağa qərar verib. Onunla “Barselona” və “Mançester Siti” maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM