COP29

“Real” 100 milyon verməyə hazırdır - “Bayer”in yarımmüdafiəçisi üçün

7 Aprel 01:30 Almaniya 531
“Real” 100 milyon verməyə hazırdır - “Bayer”in  yarımmüdafiəçisi üçün

“Real” “Bayer”in (Leverkuzen) futbolçusu Florian Virtslə maraqlanır.

Sportinfo.az xəbər verir ki, jurnalist Antonio Qallardo Madrid klubunun yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Lakin futbolçu 2025-ci ilə qədər “Bayer”də (Leverkuzen) çıxış etmək istədiyi üçün, transferin baş tutması yubana bilər.

Bununla yanaşı, alman futbolçu ilə, “Mançester Siti”nin də maraqlandığı vurğulanıb.

F.Virtsin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt" onun dəyərini 110 milyon avro həcmində qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"