“Bayern”dən zəng gəlib? - “Qarabağ”ın rəqibinin baş məşqçisinə

24 Fevral 00:00 Almaniya 12 755
“Bayern”dən zəng gəlib? - “Qarabağ”ın rəqibinin baş məşqçisinə

“Bayer”in baş məşqçisi Xabi Alonso adının “Liverpul” və “Bayern”lə hallanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Maynts”la oyundan əvvəl təşkil edilən mətbuat konfransında öz gələcəyi ilə bağlı sualı cavablandırıb:

“Bayern”, yoxsa “Liverpul”? Bu barədə deyəcək bir sözüm yoxdur. Çünki “Bayer”in baş məşqçisiyəm və hazırda dəqiq olan ancaq budur.

“Bayern”dən zəng gəlib? Bu yalnız şayiə ola bilər. İndi mənim diqqətim öz komandamdadır.

Biz yaxşı mövqedəyik. Belə sualların olması normaldır və problem deyil”.

Xabi Alonso 2022-ci ilin oktyabrından Leverkuzen klubunda çalışır. “Bayer” 22 turdan sonra 58 xalla Bundesliqada liderdir və “Bayern”i 8 xal qabaqlayır.

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.

Digər Xəbərlər
Xəbər Lenti