COP29

Baş məşqçi və iki köməkçisi millidən qovuldu: "Yeni stimula ehtiyacı var"

11 Sentyabr 2023 00:00 Almaniya 407
Baş məşqçi və iki köməkçisi millidən qovuldu:

Almaniya Futbol Federasiyası (AFF) milli komandanın baş məşqçisi Hans-Diter Fliki istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Onun köməkçiləri Markus Sorq və Danni Rohl da yola salınıb.

AFF-nin yaydığı açıqlamada deyilir: “Almaniya milli komandasının son məyusedici nəticələrdən sonra yeni bir stimula ehtiyacı var. Biz ölkəmizdə keçiriləcək Avropa çempionatına qədər nikbinlik və inam ruhunu bərpa etməliyik”.

Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı. O, bu komandanı bütövlükdə 25 matça çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti