COP29

Bu iki oyunda pis nəticə əldə etsə, istefaya göndəriləcək

6 Sentyabr 2023 12:20 Almaniya 550
Bu iki oyunda pis nəticə əldə etsə, istefaya göndəriləcək

Almaniya millisi baş məşqçi Hans-Diter Flik ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin taleyi sentyabrda baş tutacaq yoldaşlıq görüşlərindən sonra məlum olacaq.

Komanda Yaponiya və Fransa ilə qarşılaşmalarda pis nəticə əldə etsə, Flik istefaya göndəriləcək.

Yığma daha əvvəl Ukrayna ilə heç-heçə (3:3) edib, Polşaya 0:1, Kolumbiyaya isə 0:2 hesabı ilə məğlub olub.

Bu posta əsas namizədlər isə Yulian Naqelsmann, Oliver Qlasner və Mattias Zammerdir.

Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti