COP29

Müdafiəçisi ilə müqavilənin müddətini uzatdı - "Qarabağ"ın rəqibi

5 Sentyabr 2023 02:40 Almaniya 353
Müdafiəçisi ilə müqavilənin müddətini uzatdı - "Qarabağ"ın rəqibi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Bayer 04" Edmond Tapsoba ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Burkina Fasodan olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Edmond Tapsoba 2020-ci ildən "Bayer 04"də çıxış edir. "Qarabağ" bu rəqiblə ilk görüşünü III turda, oktyabrın 6-da səfərdə keçirəcək. IV turun qarşılaşması isə noyabrın 9-da Bakıda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti