COP29

Məşhur futbolçu millidəki karyerasını bərpa edir

4 Sentyabr 2023 22:00 Almaniya 566
Məşhur futbolçu millidəki karyerasını bərpa edir

“Bayern”in hücumçusu Tomas Müller Almaniya millisində Dortmund “Borussiya”sının zədəli üzvü Niklas Follkruqu əvəzləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası “tvitter” səhifəsində məlumat yayıb.

Xatırladaq ki, Almaniya yığmasının qrupdan çıxa bilmədiyi 2022-ci il dünya çempionatı başa çatdıqdan sonra Müller millidəki karyerasını başa vuracağını bəyan etmişdi.

Müller 2010-cu ildən milli komandada forma geyinir.

Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə yoldaşlıq görüşü keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti