.jpg)
Almaniya Bundesliqasının III turunda “Bayern” Münhenqladbax “Borussiya”sının qonağı olub.
Sportinfo.az xəbər verir ki, görüş Münhen təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı üçüncü dəqiqədə meydan sahiblərinin heyətində Ko İtakura açıb.
\Lakin 58-ci dəqiqədə Leroy Sane, 87-ci dəqiqədə Matis Telin qolları “Bayern”ə qələbə qazandırıb.
Üç matçda doqquz xal toplayan Münhen klubu zirvəyə şərikdir. “Borussiya” bir xalla 15-ci yerdə qərarlaşıb.