“Ötən mövsümün eyforiyası bizi daha çoxunu istəməyə vadar edir"

1 Sentyabr 2023 19:20 Almaniya 837
“Ötən mövsümün eyforiyası bizi daha çoxunu istəməyə vadar edir"

“Hədəfimiz qrupda birinci yeri tutmaqdır”.

Sportinfo.az” xəbər verir ki, bunu “Bayer 04”in (Almaniya) baş direktoru Fernando Karro Avropa Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

Fransanın Monako şəhərində təşkil edilən püşkü canlı izləyən funksioner ötən mövsüm bu turnirdə yarımfinala qədər irəlilədiklərini xatırladıb:

“Ötən mövsümdəki yarımfinalın eyforiyası bizi daha çoxunu istəməyə vadar edir. Yenidən turnirdə irəliləməliyik”.

“Bayer 04”ün H qrupundakı rəqibləri Azərbaycan çempionu “Qarabağ”, həmçinin “Hakken” (İsveç) və “Molde” (Norveç) klublarıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti