
Tomas Tuxel Benjamin Pavardı “İnter”ə buraxmaq istəmir.
Sportinfo.az xəbər verir ki, "İnter"in fəal maraqlandığı fransalı futbolçu Münhen klubunda qala bilər.
Bunu Almaniya nəhənginin baş məşqçisi Tomas Tuxel istəyir.
Belə ki, onun istəyi ilə rəhbərlik Pavardı müqaviləsi başa çatana qədər klubda qalmağa razı salmağa çalışır. Pavardın “Bavariya” ilə müqaviləsi gələn yay başa çatacaq.