COP29

"İndi başqa vəziyyət yaranıb - Bu, yaxşı deyil"

26 Avqust 2023 00:10 Almaniya 391
"İndi başqa vəziyyət yaranıb - Bu, yaxşı deyil"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Səudiyyə Ərəbistanı klublarının transferləri ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Klopp, Səudiyyə Ərəbistanında transfer pəncərəsinin gec bağlanmasına da münasibət bildirib:

“Səlahiyyətlilər açıq şəkildə bildirməlidir ki, sistemin bir hissəsi olmaq istəyirsizsə, hamı ilə eyni müddətlərlə işləməlisiz.

Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyət bizim üçün sərfəli deyil, bu, aydındır. Bizə oyunçu lazımdırsa, onlara müraciət edirik və əvəzini ödəyirik.

İndi başqa vəziyyət yaranıb. Bu, yaxşı deyil. Bunun dəyişdirilə biləcəyinə əmin deyiləm.

Qəbul etmək mümkün deyil ki, bizim transfer pəncərəmiz bağlanır və onlarda hələ də açıqdır. Yanvarın 1-nə kimi eyni heyətlə oynamalıyıq.

Uzun müddət əvvəl Rusiyada oxşar bir şey xatırlayıram. İndi yeni və çətin bir şey var.

Ümid edirəm ki, FİFA bu problemi həll edər, lakin onların bunu istəyib-istəmədiyindən əmin deyiləm”.

Digər Xəbərlər
Xəbər Lenti