“Gəlin bu sualı atlayaq və növbəti suala keçək, mən buna cavab verməyəcəm”

2 Avqust 2023 10:00 Almaniya 652
“Gəlin bu sualı atlayaq və növbəti suala keçək, mən buna cavab verməyəcəm”

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Tottenhem”dən hücumçu Harri Keynin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.

Sportinfo.az xəbər verir ki, Tuxel, mətbuat konfransında ona Keynlə bağlı ünvanlanan sualı cavablandırmaq istəməyib:

“Keyn? Gəlin bu sualı atlayaq və növbəti suala keçək. Mən buna cavab verməyəcəm”.

Bildirilir ki, London klubu Keyn üçün ən azı 120 milyon almaq niyyətindədir.

Keyn “Tottenhem”in yetirməsidir. O, 2022/23 mövsümündə bütün yarışlarda 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti