Sadio Mane rəsmən “Əl-Nəsr”də - 40 milyon avro ödəyəcəklər

2 Avqust 2023 00:10 Almaniya 579
Sadio Mane rəsmən “Əl-Nəsr”də - 40 milyon avro ödəyəcəklər

“Bavariya”nın ulduzu Sadio Manenin “Əl-Nəsr”ə keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun tviter səhifəsi məlumat yayıb.

Almaniya mətbuatı “Əl-Nəsr”in Mane üçün Münhen klubuna 40 milyon avro ödəyəcəyini yazıb.

“Əl-Nəsr”də Kriştiano Ronaldo, Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi oyunçular da çıxış edir.

Mane 2022/23 mövsümündə 38 matçda iştirak edib, 12 qol vurub və 6 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti