“Məni hər gün “öldürürsüz”, indi isə sualınıza cavab axtarırsız?

25 İyul 2023 00:20 Almaniya 644
“Məni hər gün “öldürürsüz”, indi isə sualınıza cavab axtarırsız?

“Bayern”in hücumçusu Sadio Mane jurnalistlərin onun gələcək karyerası ilə bağlı ünvanladığı sualı cavablandırmayıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı seneqallı futbolçu jurnalistlərə aqressiv cavab verib:

“Məni hər gün “öldürürsüz”. İndi isə sualınıza cavab axtarırsız?”

Öncədən Manenin “Əl-Nəsr”ə keçməyə yaxın olduğu haqda xəbər vermişdik.

O, 2022/23 mövsümündə Münhen klubunun heyətində 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti