COP29

“Mən bunu gözləmirdim”

21 İyul 2023 18:20 Almaniya 475
“Mən bunu gözləmirdim”

“Liverpul” Almaniyanın ikinci Bundesliqa təmsilçisi “Karlsrue” ilə yoxlama görüşü çərçivəsində qarşılaşıb. Görüş “qırmızılar”ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp həmin qarşılaşma haqda fikirlərini bildirib:

“Erkən yoxlama görüşləri oyun səviyyəmizi ölçmək üçün nəzərdə tutulmayıb. İdman formamızı bərpa etmək üçün çox məşq edirik.

Almaniya klubu ilə oyunda mükəmməl futbol nümayiş etdirəcəyimizi gözləmirdim. Matçın çətin keçəcəyi öncədən məlum idi. Güclü rəqiblə qarşılaşdıq. Məncə, hamı nəticədən razı qala bilər”.

“Karlsrue” ilə matçda Premyer Liqa təmsilçisinin qollarını Darvin Nunyes, Kodi Qakpo və Dioqo Jota (2) vurub.

“Qırmızılar” iyulun 24-də “Qroyter Furt”la oynayacaq. Həmin matçdan sonra “Liverpul” Sinqapura yollanacaq, burada “Lester” və “Bayern”lə yoldaşlıq oyunları keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti