O, “Real”ın hansı futbolçusunu almaq istəyir?

20 İyul 2023 00:10 Almaniya 712
O, “Real”ın hansı futbolçusunu almaq istəyir?

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameninin transfer olunmasını istəyir.

Sportinfo.az xəbər verir ki, münhenlilərin baş məşqçisi hələ də klubun bu yay müdafiəyəmeyilli yarımmüdafiəçi alacağına ümid edir.

“Bayern” bir neçə namizədi nəzərdən keçirir. Bu yaxınlarda kluba Sofyan Amrabat (“Fiorentina”) və Edson Alvaresi (“Ayaks”) transfer etmək üçün müraciət edilmişdi. L

akin alman baş məşqçi Tçuamenini komandada görməyə üstünlük verir. Hazırda 23 yaşlı oyunçunun Bundesliqa təmsilçisinə transferi ilə bağlı konkret danışıqlar aparılmır.

Münhen klubunun rəhbərliyi bir neçə yarımmüdafiəçi komandadan ayrılacağı təqdirdə, fransalı futbolçunu almaq barədə ciddi düşünəcək.

“Real” bir il əvvəl Tçuameni üçün “Monako”ya 80 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti