Gürcü qapıçı "Bavariya"ya keçir - 99 faiz həll, 5 illik müqavilə

19 İyul 2023 12:00 Almaniya 647
Gürcü qapıçı "Bavariya"ya keçir - 99 faiz həll, 5 illik müqavilə

"Valensiya"nın qolkiperi Georgi Mamardaşvilinin "Bavariya"ya keçidi an məsələsidir.

Sportinfo.az xəbər verir ki, onun Almaniya nəhənginə keçidi 99 faiz həll edilib.

Çünki "İnter"ə getməli olan qapıçı Yan Sommerin Münhen komandasını tərk edəcəyi dəqiqləşib. Gürcü qolkiperlə münhenlilər arasında müqavilə 5 illik olacaq.

Ötən mövsüm 22 yaşlı Mamardaşvili "Valensiya"nın heyətində bütün yarışlarda 42 oyun keçirib, 49 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz qoyub.

Yaxın günlərdə "Bavariya" transferi rəsmi olaraq açıqlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti