
“Borussiya” (Münhenqladbah) heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubundan sağ cinah vingeri Frankt Honoratı transfer edib.
Almaniya klubu bu transfer üçün Liqa 1 təmsilçisinə 8 milyon avro ödəyib. 26 yaşlı fransız futbolçu ilə də 5 illik müqavilə imzalanıb.
“Nitsa”nın yetirməsi olan futbolçu ölkəsində “Soşo”, “Klermon”, “Sent Etyen” kimi klubların da formasını geyinib.
2020-ci ildən “Brest”də çıxış edən vinger bu komandada 109 oyunda 25 qol vurub.